Zəka Mirzəyev: “Ünvanlı dövlət sosial yardım 76 min aztəminatlı ailəni əhatə edib”

Sosial

15.01.2026 12:15

“Ünvanlı dövlət sosial yardımı mexanizmi 2025-ci ildə həm əhatə, həm də maliyyə baxımından genişləndirilib”. 

TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.

O bildirib ki, aztəminatlı ailələr üçün ünvanlı dövlət sosial yardımı mexanizmi həm prosedur, həm də texnoloji baxımdan təkmilləşdirilib və hazırda müraciətlər “Digital Login” üzərindən təhlükəsiz şəkildə qəbul olunur. 2025-ci il ərzində ünvanlı dövlət sosial yardımı təxminən 76 min aztəminatlı ailəni, ümumilikdə isə 335 mindən çox ailə üzvünü əhatə edib və bu məqsədlə 420 milyon manata yaxın vəsait ödənilib.

“2025-ci il dekabrın 22-də cənab Prezidentin imzaladığı müvafiq Sərəncama əsasən, dekabrın 30-dək ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə birdəfəlik maddi yardım kimi 200 manat ödənilib. Bu ödənişlər üçün dövlət büdcəsindən ümumilikdə 15 milyon 300 min manat vəsait ayrılıb”, – deyə Zəka Mirzəyev bildirib.

Qiymət Mahir

TodayPress TV

tag: Zəka Mirzəyev,DSMF,Tədbir,Çıxış,Todaypress.tv,