Şəkiyə 33 santimetr qar yağdı

Şəkiyə 33 santimetr qar yağdı
10.11.2026 12:02 Sosial

Noyabrın 10-u saat 11:00-a olan məlumata görə, Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi ərazilərdə intensiv yağış, dağlıq rayonlarda isə qar qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ən yüksək qar örtüyü Kişçayda (Şəki) qeydə alınıb. Burada qarın hündürlüyü 33 santimetrə çatıb. Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala) və Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan və Altıağacda isə 3 santimetr qar örtüyü qeydə alınıb.

Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti müşahidə olunub. Yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda isə 3 millimetr təşkil edib.

Ölkənin digər rayonlarında ən çox yağıntı Göyçayda (26 mm), Oğuzda (21 mm), Qubada (15 mm) və Qəbələdə (12 mm) qeydə alınıb.

Bundan başqa, Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay, Şamaxı və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Qeyd edək ki, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 26 m/s-dək güclənib.


XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər