Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar

Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar
17.09.2025 16:55 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin 22 məzunu ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunublar.

TodayPress TV xəbər verir ki, uşaq evlərinin məzunlarından 3 nəfəri ali təhsil müəssisələrində, 19 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirəcəklər.

Məzunlarımızı təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.

Qeyd edək ki, Agentliyin uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində 500-ə yaxın uşaq dövlət qayğısı ilə əhatə olunur.

TodayPress TV

FOTOLAR

Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar — 1
Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar — 2
Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar — 3
Uşaq evlərinin 22 sakini ali və orta ixtisas təhsili alacaqlar — 4
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər