Müttəfiqlər pulunu ödəyib, ABŞ raketləri göndərmir

Müttəfiqlər pulunu ödəyib, ABŞ raketləri göndərmir
19.10.2026 20:46 Dünya

ABŞ-nin müdafiə naziri Pit Heqset Ukraynaya göndərilməsi nəzərdə tutulan böyük həcmdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə hələ də razılıq verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna rəsmisi müttəfiqlərin artıq pulunu ödədiyi raketlərin tədarükünün gecikdirildiyini bildirib. Onun sözlərinə görə, söhbət əhəmiyyətli həcmdə raket partiyasından gedir.

Ukraynalı rəsmilər və hərbçilər Vaşinqtonun tədarükü qəsdən gecikdirərək Kiyevə təzyiq göstərməyə çalışdığından şübhələnirlər. Pentaqon jurnalistlərin sorğusuna cavab verməyib. Bununla belə, ABŞ hökumətinin nümayəndəsi bu iddiaları təkzib edib.

NATO-dan isə Ukraynaya PURL proqramı çərçivəsində silah tədarükünün, o cümlədən hava hücumundan müdafiə vasitələrinin göndərilməsinin davam etdiyi bildirilib.

Nəşr Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən yazır ki, ABŞ Ukraynaya ayda cəmi 12 ədəd “Patriot” sistemi üçün ələkeçirici raket verir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər