SXA-nın nümayəndə heyəti beynəlxalq görüşdə iştirak etdi

SXA-nın nümayəndə heyəti beynəlxalq görüşdə iştirak etdi
17.09.2025 17:58 Sosial

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Ankarada "İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə yoxsullar üçün sosial mənzil siyasətləri" mövzusunda İƏT-in Yoxsulluğun Azaldılması üzrə İşçi Qrupunun 25-ci iclasında iştirak edib. 

TodayPress TV xəbər verir kİ, Agentliyin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimovun təmsil olunduğu nümayəndə heyəti yoxsullar üçün mənzil strategiyalarının cari vəziyyəti və əsas problemləri barədə müzakirələrin aparıldığı görüşlərə qatılıb.

Görüşlər zamanı İƏT-ə üzv ölkələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və sosial mənzil proqramlarının effektivliyinin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

SXA-nın nümayəndə heyəti beynəlxalq görüşdə iştirak etdi — 1
SXA-nın nümayəndə heyəti beynəlxalq görüşdə iştirak etdi — 2
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər