Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi

Ukraynada yaşayan azərbaycanlıya vəzifə verildi
03.11.2026 17:07 Sosial

Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.

TodayPress TV Azərtac-a istinadla xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə təyin olunub.

Fərhad Quliyev sosial media hesabında yazıb ki, ona həvalə edilən vəzifə Kiyevin təhlükəsizliyinin təmini baxımından məsuliyyətlidir.

"Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm", - deyə o əlavə edib.

TodayPress TV 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər