Prezident təqaüdləri və müharibə əlillərinə ödənişlər artırlıb
Sosial
15.01.2026 12:13
“2025-ci il ərzində pensiya, sosial müavinət və təqaüdlər üzrə aparılan sosial islahatlar çərçivəsində Prezident təqaüdləri və müharibə əlillərinə verilən ödənişlər də artırılıb”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O deyib ki, Vətən müharibəsi qəhrəmanlarına ödənilən aylıq Prezident təqaüdü 2000 manatdan 2200 manata, müharibə qəhrəmanlarına verilən təqaüd isə 1800 manatdan 2000 manata yüksəldilib:
“Şəhid ailələri üçün Prezident təqaüdü 600 manatdan 700 manata çatdırılıb. Müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə müharibə əlillərinə ödənilən aylıq müavinət 500 manatdan 600 manata, 61–80 faiz pozulmaya görə 400 manatdan 500 manata, 31–60 faiz pozulmaya görə isə 330 manatdan 400 manata artırılıb”.
Qiymət Mahir
tag: Zəka Mirzəyev,DSMF,Tədbir,Çıxış,Todaypress.tv,
