Pensiyaların yeni artımla birgə ödənişinin tarixi açıqlandı

Pensiyaların yeni artımla birgə ödənişinin tarixi açıqlandı
11.02.2026 14:38 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər