Gəncədə beynəlxalq şahmat festivalının qalibləri bəlli oldu
“Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Ganja Open 2026” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
TodayPress TV xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunub.
A turnirində 9 turda 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşıb. FIDE təmsilçisi Pavel Shkapenko yarışı üçüncü yerdə başa vurub.
B turnirində 7,5 xalı olan Natiq Mahmud birincilik əldə edib. Eyni xala malik Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq 2-3-cü yerləri bölüşüb.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Süleyman Süleymanlı həm rapid, həm də blitsdə qalib adını qazanıb.
Xatırladaq ki, “Azərbaycan Şahmat Turu” çərçivəsində keçiriləcək növbəti yarış “Shirvan Open” olacaq. Şirvandakı yarış 20-26 oktyabr tarixində təşkil olunacaq.




