Ötən il 198 min nəfərə proaktiv sosial ödəniş təyin edilib
Sosial
15.01.2026 12:23
“2025-ci ildə sosial xidmətlərdə proaktiv və rəqəmsal yanaşmaya keçid genişləndirilib”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O deyib ki, sosial müdafiə sahəsində proaktivlik və rəqəmsallaşma istiqamətində atılan addımlar nəticəsində sosial müavinətlərin 81 faizi proaktiv qaydada təyin olunub. Əmək pensiyalarında isə bu göstərici ümumilikdə 68 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 85 faiz təşkil edib.
“Ümumilikdə 2025-ci il ərzində 198 min nəfərə proaktiv sosial ödəniş təyinatı aparılıb. Bu yanaşma vətəndaşların müraciət yükünü azaldır və sosial xidmətlərin daha operativ və şəffaf şəkildə göstərilməsinə imkan yaradır”, – deyə Zəka Mirzəyev bildirib.
Qiymət Mahir
tag: DSMF,Zəka Mirzəyev,Tədbir,Çıxış,Todaypress.tv,
