Masallıda üçəm dünyaya gəldi
Sosial
29.01.2026 14:48
Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.
TƏBİB-dən TodayPress TV-yə verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın yanvarın 24-də Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.
Qeyd olunub ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.
tag: TƏBİB,Masallı,Üçəm,Xəstəxana,Todaypress.tv,
