Masallıda üçəm dünyaya gəldi

Masallıda üçəm dünyaya gəldi
29.01.2026 14:48 Cəmiyyət

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.

TƏBİB-dən TodayPress TV-yə verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın yanvarın 24-də Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

Qeyd olunub ki, pasiyent üzərində qeysəriyyə əməliyyatı icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.

Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

TodayPress TV

FOTOLAR

Masallıda üçəm dünyaya gəldi — 1
Masallıda üçəm dünyaya gəldi — 2
XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər