“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı

“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı
16.09.2025 10:30 Sosial

8–12 sentyabr 2025-ci il tarixində Göygöl Olimpiya İdman Kompleksində “GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə reallaşan düşərgənin məqsədi gənclərin liderlik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi olub.

Düşərgədə 15–26 yaş arası fəal gənclər iştirak ediblər. Beş gün ərzində onlar liderlik, şəxsi inkişaf, layihə idarəetməsi, sosial media, marketinq və sağlam həyat tərzi mövzularında peşəkar təlimlərdən yararlanıblar. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də faydalı ünsiyyət mühitində vaxt keçiriblər.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Aygün Mirzəyeva, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin Daxili Nəzarət və İnsan Resursları şöbəsinin məsləhətçisi Kamran Əliyev iştirak ediblər. Qonaqlar gənclərlə görüşərək onların inkişafı, fəaliyyət istiqamətləri və gələcək hədəfləri ilə bağlı fikirlərini bölüşüblər.

Düşərgənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.

TodayPress TV

FOTOLAR

“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 1
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 2
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 3
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 4
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 5
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 6
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 7
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 8
“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşdı — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər