Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta qeydə alındı

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta qeydə alındı
29.11.2026 11:41 Sosial

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

TodayPress TV xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin məlumatında öz əksini tapıb.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.

Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər