Latviya İrlandiyadan bu şəxsi tələb etdi - Səbəb Rusiyadır
Latviya Rusiyanı dəstəkləməkdə ittiham olunan şəxsin İrlandiyadan ekstradisiyasını tələb edib.
TodayPress TV xəbər verir ki, “The Irish Times” qəzetinin məlumatına görə, Latviya Dövlət Təhlükəsizliyi Xidməti Martinş Lavrinoviçi Rusiya Silahlı Qüvvələrinin fəaliyyətini dəstəkləyən videolar yayımlamaqda ittiham edir.
İddialara əsasən, o, videolarda Latviya sakinlərini təhdid edib və Rusiya simvolları olan geyimdə görünüb.
Kübra Musayeva