Alimlərin illərlə axtardığı cavabı süni intellekt tapdı

Alimlərin illərlə axtardığı cavabı süni intellekt tapdı
29.11.2026 03:58 Dünya

Süni intellekt onilliklərdir riyaziyyatçıların həll edə bilmədiyi mürəkkəb məsələləri çözməyə başlayıb. Lakin bəzi hallarda alimlər əldə edilən nəticələrin necə ortaya çıxdığını belə tam anlaya bilmirlər.

TodayPress TV-nin məlumatına görə, “Financial Times” yazır ki, noyabr ayında “Anthropic” şirkətinin riyaziyyatçısı süni intellektin köməyi ilə 167 il əvvəl irəli sürülmüş məşhur Riman fərziyyəsini sübut etdiyini bildirib. Hazırda bu sübut yoxlanılır.

Oktyabrda “OpenAI” yüzlərlə elmi iş təqdim edib. Onların arasında uzun illərdir həllini gözləyən riyazi problemlərlə bağlı nəticələr də olub. Ekspertlər bəzi işləri heyrətamiz hesab etsələr də, digərlərində səhvlər aşkar ediblər.

Oksford Universitetinin professoru Markus dü Sautoy isə süni intellektin ona 40 ildir üzərində işlədiyi məsələni həll etməyə kömək etdiyini bildirib.

Süni intellektin sürətli inkişafı alimlər arasında narahatlıq da yaradıb. Onlar riyaziyyatçı peşəsinin gələcəyi, müəllif hüquqları və nəticələrin elmi dəyəri ilə bağlı suallar qaldırırlar.

London İmperial Kollecinin professoru Ana Karayani qeyd edib ki, riyaziyyatın rolu yalnız teoremləri sübut etməkdən ibarət deyil. Riyaziyyatçılar həm də kainatın quruluşunu izah edən qanunauyğunluqları anlamağa çalışırlar.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər