Paşinyan müxalifətə meydan oxudu: “Minillik hadisə olacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu minillik əhəmiyyətə malik hadisə adlandırıb.
TodayPress TV bu barədə erməni mediasına istinadla xəbər verir.
O, Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, təklif etdikləri dəyişikliklər 30 illik deyil, minillik əhəmiyyət daşıyır.
Paşinyan parlament müxalifətini sülhə gedən yolda son maneə adlandırıb və onların Konstitusiya referendumunun keçirilməsinə səs verməli olduğunu deyib.
Jurnalistin müxalifətin səs verməyəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualına Ermənistanın baş naziri iki dəfə eyni cavabı verib:
“Səs verəcəklər!”
Kübra Musayeva