Qətər Qran-prisində sürpriz: “Mercedes” pilotu zirvədə!

Qətər Qran-prisində sürpriz: “Mercedes” pilotu zirvədə!
29.11.2026 01:39 İdman

“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Formula-1” üzrə Qətər Qran-prisinin sıralanma turunun qalibi olub.

TodayPress TV xəbər verir ki, Rassell ən sürətli dövrəsini 1 dəqiqə 21,695 saniyəyə tamamlayıb.

İkinci yeri onun italiyalı komanda yoldaşı Andrea Kimi Antonelli (+0,128 saniyə), üçüncü yeri isə “Maklaren”in britaniyalı pilotu Lando Norris (+0,480 saniyə) tutub.

“Red Bull”un dördqat dünya çempionu Maks Ferstappen 0,637 saniyəlik fərqlə altıncı nəticəni göstərib.

Qətər Qran-prisinin bundan əvvəl keçirilən hər üç sərbəst yürüşündə isə Antonelli ən yaxşı nəticəyə imza atıb.

Qeyd edək ki, Qətər Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər