Ər-Riyad hədəfdə: Husilərin 3 ballistik raketi havada məhv edildi
Husilərin Ər-Riyad və Şərq bölgəsinə doğru buraxdığı ballistik raketlərin qarşısı alınıb və məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə ərəb koalisiyasının sözçüsü Türki əl-Maliki məlumat yayıb.
O, husilərin Ər-Riyad və Şərq bölgəsi istiqamətində buraxdığı 3 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
Əl-Maliki Şərq bölgəsini hədəf alan raketlərin məhv edilməsi zamanı yaranan qalıqların mülki şəxslər arasında hər hansı xəsarətə səbəb olmadan yerə düşdüyünü qeyd edib. O, mülki şəxslərə və mülki obyektlərə hücum cəhdlərinə qarşılıq veriləcəyini vurğulayıb.
Aysel Mətləb