Mark Markesin motosikleti yarışdan əvvəl yandı

Mark Markesin motosikleti yarışdan əvvəl yandı
28.11.2026 23:14 İdman

“MotoGP” üzrə dünya çempionatının Valensiyada keçirilən son mərhələsində ispaniyalı pilot Mark Markesin motosikleti sprint yarışının startından əvvəl alovlanıb.

TodayPress TV xəbər verir ki, “Dukati” komandasının pilotu yarışa ikinci mövqedən başlamalı idi. Motosiklet alovlandıqdan sonra təhlükəsizlik xidməti əməkdaşları ispaniyalı idmançının köməyinə gəliblər.

Hadisə səbəbindən sprint yarışının startı təxirə salınıb. Markesə isə pit-leyndən start götürmək və əlavə uzun dövrə keçmək cəzası verilib.

Qeyd edək ki, Markes cümə günü mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb. İspaniyalı pilot bundan əvvəl “MotoGP”də səkkizinci çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər