Banklar və dövlətlər təhlükədə! Süni intellekt bütün şifrələri sındıra bilər
Süni intellektin riyazi imkanları müasir şifrələmə sistemləri üçün ciddi təhlükə yarada bilər. Ekspertlərin ehtimalları təsdiqlənərsə, bank əməliyyatları, şəxsi yazışmalar və dövlət sirləri kiberhücumlara qarşı daha həssas olacaq.
TodayPress TV-nin məlumatına görə, “The Guardian” yazır ki, aparıcı süni intellekt şirkətləri müasir şifrələmə sistemlərini təhlükə altına ala biləcək riyazi kəşfləri açıqlamaya bilər.
Ekspertlərin fikrincə, süni intellektin kriptoqrafiya sahəsində əldə etdiyi mümkün irəliləyişlər bəzi şifrələmə üsullarını zəiflədə bilər. Bu halda banklar, dövlət qurumları və texnologiya şirkətləri məlumatların qorunması sistemlərini təcili yeniləməli ola bilərlər.
Bununla belə, hazırda müasir şifrələmənin kütləvi şəkildə sındırıldığını təsdiqləyən sübut yoxdur.
Kübra Musayeva