Atatürkün büstünü oğurlayıb, “metallom”a satmaq istəyənlər saxlanıldı
Türkiyənin Zonquldak vilayətində iki nəfər məktəbin həyətindən Mustafa Kamal Atatürkün büstünü oğurlayaraq metal qəbulu məntəqəsinə satmağa çalışıb.
TodayPress TV xəbər verir ki, satış cəhdi baş tutmadıqdan sonra şübhəlilər büstü meşəyə atıblar.
Polis hər iki şəxsi saxlayıb. Məhkəmənin qərarı ilə onlar həbs olunublar.
Kübra Musayeva