Eyni məhəllədə 6 ev birdən yandı - Türkiyədə müəmmalı hadisə
Türkiyənin Nevşehir şəhərində eyni məhəllədə yerləşən 6 ayrı fərdi yaşayış evinin kömür anbarlarında yanğın baş verib.
TodayPress TV xəbər verir ki, məlumat daxil olduqdan sonra əraziyə polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğınlar yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Polis yanğınlara səbəb olan şəxs və ya şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.
İş yerləri və binaların təhlükəsizlik kameralarını araşdıran əməkdaşlar ətrafdakı şübhəli şəxslərin şəxsiyyətini yoxlayıblar.
Aysel Mətləb