Tbilisi yenə ayağa qalxdı: Gürcülər Avropa istəyir
Tbilisidə Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasının ikinci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, fəallar və müxalifət tərəfdarları iki yürüş kolonu ilə Azadlıq meydanına doğru hərəkət edirlər.
İki il əvvəl “Gürcü Arzusu” hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilin sonunadək təxirə salıb. Həmin vaxtdan etibarən saxlanılmalara və qanunların sərtləşdirilməsinə baxmayaraq, ölkədə etiraz aksiyaları hər gün davam edir.
Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini, məhdudlaşdırıcı qanunların ləğvini və ölkənin Avro-Atlantik kursuna qayıtmasını tələb edirlər.
Məlumata görə, aksiya Avropa Parlamentinin Gürcüstanda müxalifətin təqibini pisləyən qətnamə qəbul etməsindən iki gün sonra keçirilir. Qətnamənin lehinə 441 deputat səs verib.
Kübra Musayeva