Ukraynaya gecə hücumu: Ölən və yaralananlar var
Rusiya qoşunları gecə saatlarında Ukraynanın Zaporojye şəhərinə idarə olunan aviasiya bombaları ilə hücum edib, nəticədə bir qadın həlak olub, daha iki nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Zaporojye şəhərinin meri İvan Fedorov və vilayət hərbi administrasiyasının rəhbəri Mixail Semikin məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində fərdi yaşayış evləri dağılıb, çoxmənzilli yaşayış binalarına və qeyri-yaşayış tikililərinə ziyan dəyib.
Xəsarət alanlar arasında xilasedicilərin dağıntılar altından çıxardığı 14 yaşlı qız da var. Hazırda uşaq həkimlərin nəzarəti altındadır.
Aysel Mətləb