2027-ci ildə “iPhone” tarixində ilk ola bilər
“Apple” şirkətinin 2027-ci ildə altı yeni iPhone modeli təqdim etməyi planlaşdırdığı iddia olunur.
TodayPress TV xəbər verir ki, məlumata görə, şirkət smartfon təqdimatlarını iki mərhələyə bölə bilər. Yazda iPhone 18, büdcə modeli iPhone 18e və yenilənmiş iPhone Air 2-nin təqdimatı gözlənilir.
Payızda isə Apple üç premium modelini, o cümlədən qatlanan smartfonunu nümayiş etdirə bilər.
Gözlənilən yeniliklər arasında iPhone 18 və 18e modellərində A20 prosessoru, iPhone Air 2-də əlavə kamera və daha böyük batareya yer alır.
iPhone 20 Pro və Pro Max modellərinin isə əyri ekran və minimal çərçivələrlə tamamilə yeni dizayna sahib olacağı bildirilir. Şirkətin iPhone 19 seriyasını buraxmadan birbaşa yubiley iPhone 20 modellərinə keçə biləcəyi də iddia olunur.
Qatlanan iPhone Duo 2-nin daha yüngül korpus, təkmilləşdirilmiş kameralar və A21 Pro prosessoru ilə gələcəyi gözlənilir.
Qeyd edək ki, bütün bu məlumatlar hələlik şayiə və proqnozlardan ibarətdir. “Apple” gələcək modellərin təqdimat tarixlərini və texniki xüsusiyyətlərini rəsmi olaraq təsdiqləməyib.
Kübra Musayeva