Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı

Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı
28.11.2026 22:40 İdman

Azərbaycan millisinin üzvü Madina Kaisinova İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirində fəxri kürsüyə yüksəlib.

TodayPress TV xəbər verir ki, cüdoçumuz +78 kq çəki dərəcəsində bürünc medal əldə edib. Kaisinova 1/4 finalda polşalı Emiliya Qonsioranı məğlub etsə də, yarımfinalda Niderland təmsilçisi Karmen Diykstraya uduzub. Üçüncü yer uğrunda görüşdə isə italiyalı Alessiya Cordanodan üstün olub.

38 ölkədən 261 cüdoçunun qatıldığı turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunur. Yarışın ikinci günündə millimizin daha 5 üzvü tatami üzərinə çıxacaq.

FOTOLAR

Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı — 1
Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı — 2
Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı — 3
Madina Kaisinova Avropa Açıq Turnirində bürünc medal qazandı — 4
XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər