Çin dörd peykini birdən orbitə çıxardı
Çin “Changzheng-6C” daşıyıcı raketinin köməyi ilə dörd peyki uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Məlumata görə, CZ-6C raketi Şansi əyalətinin şimalında yerləşən Tayuan kosmodromundan buraxılıb. Raket müəyyən edilmiş orbitə kosmik bulud texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulan iki peyki, eləcə də “Çjunke-12” və “Çjunke-13” aparatlarını çıxarıb.
Qeyd olunub ki, missiya zamanı ilk dəfə daşıyıcı raketin üfüqi vəziyyətdə yığılmasını, sınaqdan keçirilməsini və daşınmasını nəzərdə tutan hazırlıq sxemindən istifadə edilib. Bu tip raket ilk dəfə yeni buraxılış meydançasından start götürüb. Bu buraxılış “Çançjen” ailəsinə aid raketlər üçün 683-cü olub.
Aysel Mətləb