DSMF: Ötən il aylıq sosial ödənişlərin həcmi 10 milyard manata yaxın olub

Sosial

15.01.2026 12:22

“2025-ci il ərzində aylıq sosial ödənişlərin həcmi təxminən 10 milyard manata yaxın olub”. 

TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.

O deyib ki, 2025-ci il ərzində aylıq əsasda həyata keçirilən sosial ödənişlər orta hesabla 1,7 milyon şəxsi əhatə edib və aylıq ödənişlərin həcmi təxminən 803 milyon manat təşkil edib. Bu vəsaitin 74 faizi və ya 593 milyon manatı pensiya ödənişlərinə, 14 faizi və ya 112 milyon manatı sosial müavinətlərə, 8 faizi və ya 63 milyon manatı təqaüdlərə, 4 faizi və ya 35 milyon manatı isə ünvanlı dövlət sosial yardımına yönəldilib.

“2025-ci il üzrə sosial ödənişlərə çəkilən ümumi xərclər təxminən 10 milyard manata yaxın olub. Bu xərclərin 7,3 milyard manatı DSMF büdcəsi hesabına qarşılanıb. Əvvəlki illə müqayisədə sosial ödənişlər üzrə xərclər 622 milyon manat və ya 9,34 faiz artıb”, – deyə Zəka Mirzəyev bildirib.

Qiymət Mahir

TodayPress TV

tag: DSMF,Zəka Mirzəyev,Tədbir,Çıxış,Todaypress.tv,