Çində yeni dərman: "Nipah"a qarşı təsirli ola bilər

Sosial

28.01.2026 19:50

Çində hazırlanmış COVID-19 əleyhinə dərmanın "Nipah" virusuna qarşı da effektiv ola biləcəyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, "South China Morning Post" nəşrinin məlumatına görə, Uhan Virusologiya İnstitutunun mütəxəssisləri koronavirusun müalicəsi üçün hazırlanmış "VV116" antiviral preparatının "Nipah" virusuna yoluxma zamanı güclü terapevtik təsir göstərdiyini müəyyən ediblər.

Tədqiqatlar qızılı hamsterlər üzərində aparılıb.

Araşdırma nəticələrinə əsasən, "VV116" preparatının ağızdan qəbulu laboratoriya heyvanlarında sağ qalma səviyyəsini 66,7 faizə yüksəldib, eyni zamanda infeksiyanın əsas hədəf orqanları hesab olunan ağciyər, dalaq və beyində virus yükünü əhəmiyyətli dərəcədə azaldıb.

Çinli virusoloqlar bildirirlər ki, əldə olunan nəticələr ilk dəfə olaraq bu preparatın "Nipah" virusuna qarşı terapevtik potensialını təsdiqləyir. Onların fikrincə, dərman həm tibb işçiləri və laboratoriya əməkdaşları kimi risk qrupuna daxil olan şəxslər üçün profilaktik vasitə, həm də mövcud və mümkün gələcək yoluxmalar zamanı əlçatan müalicə variantı kimi istifadə oluna bilər.

Qiymət Mahir

tag: Çin,Nipah,VV116,Uhan ,Todaypress.tv,