Rusiyalı xokkeyçi okeanın o tayında şou göstərir!

Rusiyalı xokkeyçi okeanın o tayında şou göstərir!
20.10.2026 09:15 İdman

Daniil But “Yuta” tarixinin rekordunu qırıb.

TodayPress TV xəbər verir ki, ardıcıl olaraq doğma azarkeşlər önündə keçirilən ilk dörd matçın hər birində xal qazanan 21 yaşlı rusiyalı hücumçu “Yuta Mammot” xokkey klubunun tarixinə düşüb.

Bu tarixi nəticə “Pittsburq Pinqvinz” ilə keçirilən oyun zamanı qeydə alınıb.

Həmin matçda Daniil But məhsuldar ötürmə ilə yadda qalıb. Görüş “Yuta”nın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Buna qədər Daniil But “Edmonton” ilə oyunda məhsuldar ötürməsi, “Toronto” və “Çikaqo”ya isə vurduğu qolları ilə yadda qalıb.

Xatırladaq ki, 2023-cü ildə “Lokomotiv”dən okeanın o tayına köçən gənc hücumçu əvvəllər “Arizona” klubunda da çıxış edib.

Namiq HUN

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər