Ağdam və Xocavəndə daha 78 ailə köçürüldü

Ağdam və Xocavəndə daha 78 ailə köçürüldü
30.10.2026 09:00 Sosial

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə – 34 nəfər olmaqla, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb.

Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

TodayPress TV

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər