Dünya bazarlarında son vəziyyət
Oktyabrın 31-nə olan məlumata görə, beynəlxalq əmtəə bazarlarında neftin qiymətində artım, qızılın qiymətində isə kəskin azalma qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti əvvəlki günlə müqayisədə 2,63 dollar artaraq 113,43 dollara, WTI markalı neftin qiyməti isə 2,12 dollar yüksələrək 104,12 dollara çatıb.
Qızılın bir unsiyasının qiyməti 132,50 dollar azalaraq 3 898,90 dollar olub.
Fond bazarlarında da əsasən mənfi dinamika müşahidə edilib. ABŞ-ın Dow Jones indeksi 572,25 bənd azalaraq 51 770,31 bəndə, S&P 500 indeksi 140,32 bənd geriləyərək 7 580,07 bəndə, Nasdaq indeksi isə 747,73 bənd azalaraq 25 437 bəndə düşüb.
Asiya və Avropa bazarlarında da eniş qeydə alınıb. Yaponiyanın Nikkei indeksi 1 369,36 bənd, Almaniyanın DAX indeksi 221,47 bənd, Çinin Shanghai Composite indeksi 52,41 bənd, Türkiyənin BIST 100 indeksi isə 405,88 bənd geriləyib.
Valyuta bazarında ABŞ dollarının avroya və funt sterlinqə nisbətində məzənnəsi dəyişməyib. Dollar 157,56 yen, 80,5025 rubl, 49,9411 türk lirəsi və 6,6543 yuan səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, göstəricilər əvvəlki ticarət gününün bağlanış qiymətləri ilə müqayisə əsasında təqdim olunub.