Ukrayna Ufada daha bir Rusiya neft zavodunu vurdu - VİDEO

Ukrayna Ufada daha bir Rusiya neft zavodunu vurdu - VİDEO
31.10.2026 10:40 Dünya

Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarına zərbələri davam etdirir. Bu dəfə Başqırdıstanın paytaxtı Ufada yerləşən “Başneft” neft emalı zavodu PUA hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Başneft-UNPZ” neft emalı zavodunun vurulduğunu təsdiqləyib.

Qeyd edək ki, zavodun illik neft emalı gücü təxminən 7,5 milyon ton təşkil edir. Zavod Rusiyanın neft emalı infrastrukturunun mühüm obyektlərindən biridir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər