Bəşər Əsədin adamına ABŞ-da hökm oxundu
Suriya vətəndaşı Bəşər Əsədin yaxın çevrəsi tərəfindən idarə olunduğu iddia edilən genişmiqyaslı hakerlik kampaniyasındakı roluna görə ABŞ-da 42 ay (3,5 il) həbs cəzasına məhkum edilib.
TodayPress TV xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2011–2024-cü illərdə həyata keçirilən kiberhücumlar zamanı təxminən 47 media qurumu, müəssisə, qeyri-hökumət təşkilatı, eləcə də ABŞ və müttəfiq ölkələrin dövlət qurumları hədəfə alınıb.
Prokurorlar bildiriblər ki, əməliyyatın əsas məqsədi Əsəd hakimiyyəti dövründə törədilən vəhşiliklər barədə məlumat yayan media qurumlarını cəzalandırmaq, müxalifləri qorxutmaq və kəşfiyyat məlumatları toplamaq olub.
Jalə Rövşən