2025-ci ildə pensiyaçıların sayı 1 milyon 98 min nəfəri keçib
Sosial
15.01.2026 12:25
“2025-ci ildə pensiyaçıların ümumi sayı 1 milyon 98 min nəfəri ötüb”.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O deyib ki, 2025-ci ildə pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər təşkil edib. Pensiya xərcləri 7,1 milyard manata çatıb ki, bu da sosial ödənişlər üzrə xərclərin 97,6 faizindən çoxunu təşkil edir:
“Əməliyyat məlumatlarına əsasən, orta aylıq pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib və bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40–60 faiz mütənasiblik normalarına uyğundur. 2025-ci ildə pensiyanın orta aylıq məbləği 543 manat olub ki, bu da əvvəlki illə müqayisədə 9,3 faiz artım deməkdir. Yaşa görə pensiyanın orta aylıq məbləği isə 578 manata yüksəlib və bu göstərici üzrə artım 9,1 faiz təşkil edib”.
Qiymət Mahir
tag: DSMF,Zəka Mirzəyev,Tədbir,Çıxış,Todaypress.tv,
