115,2 milyon manat birdəfəlik ödəniş edilib

Sosial

15.01.2026 12:30

“Dövlət icbari şəxsi sığortalar üzrə ödənişlərin həcmi ötən dövrdə əhəmiyyətli dərəcədə artıb”. 

TodayPress TV xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.

O deyib ki, 2022-ci ildən etibarən Fondun fəaliyyət predmetinə daxil edilən dövlət icbari şəxsi sığortalar üzrə ötən dövrdə təxminən 11 min müraciət qeydə alınıb və bu müraciətlər üzrə ümumilikdə 25 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib. 2025-ci il üzrə araşdırılmış müraciətlərin sayı 1 771 təşkil edib, onlardan 731 sığortaolunana icra edilmiş sığorta ödənişi həyata keçirilib. Həmin dövrdə formalaşdırılmış sığorta ehtiyatı 9,1 milyon manat olub:

“Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının icrası cari ildə də davam etdirilib. Belə ki, 1997-ci ilin 2 avqust tarixindən baş vermiş hadisələrlə bağlı əlilliyi müəyyən edilmiş ümumilikdə 17 794 nəfərə, o cümlədən vəfat etmiş 1 402 müharibə əlilinin 2 872 varisinə 115,2 milyon manat məbləğində birdəfəlik ödəniş proaktiv qaydada həyata keçirilib. Bu məqsədlə 26 mindən artıq şəxsin məlumatları təhlil edilib”.

Qiymət Mahir

TodayPress TV

tag: DSMF,Zəka Mirzəyev,Tədbir,Çıxış,Todaypress.tv,