Prezident ASOSAI və ARABOSAI-nin birgə görüşünün iştirakçılarına müraciət etdi - YENİLƏNDİ

Prezident ASOSAI və ARABOSAI-nin birgə görüşünün iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
18.07.2025 12:23 Siyasət

Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Toplantı iştirakçıları!

Sizi – Ali Audit Orqanlarının Asiya Təşkilatına (ASOSAI) və Ali Audit Orqanlarının Ərəb Təşkilatına (ARABOSAI) üzv olan ali audit orqanlarının Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda keçirilən Birgə Toplantısının bütün iştirakçılarını səmimi-qəlbdən salamlayır, Toplantının öz işinə başlaması münasibətilə təbrik edir və uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2011-ci ildə qəbul edilmiş “Ali audit orqanlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” və 2014-cü ildə qəbul edilmiş “Ali audit orqanları vasitəsilə dövlət idarəetməsinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının inkişaf etdirilməsi və gücləndirilməsi haqqında” qətnamələri dünya ictimaiyyətinin ali audit orqanlarına inamının artmasında və ictimai resurslardan səmərəli istifadə baxımından onların rolunun daha da yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir.

Toplantıda ASOSAI və ARABOSAI təşkilatlarına üzv olan əksər ali audit orqanlarının rəhbərlər səviyyəsində təmsil olunması, həmçinin Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) Prezidentlik və Baş Katiblik təmsilçilərinin iştirak etməsi tədbirin yüksək statusunu göstərir.

Belə bir tədbirin ölkəmizdə keçirilməsini dövlət vəsaitlərinin istifadəsi zamanı səmərəliliyin, hesabatlılığın, nəticəliliyin və şəffaflığın artırılmasında Azərbaycanın ali audit orqanının fəaliyyətinin gücləndirilməsi üçün nümayiş etdirdiyimiz səylərin dəstəklənməsi kimi dəyərləndirirəm.

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir.

Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaqdır.

Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

İnanıram ki, Toplantı iştirakçıları öz ölkələrində qazandıqları müsbət təcrübəyə arxalanaraq və ali audit orqanları arasında işgüzar əlaqələri gücləndirərək, ASOSAI və ARABOSAI təşkilatları arasındakı münasibətlərin daha yüksək səviyyədə bərqərar olmasına, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələrinin həyata keçirilməsinə nail olacaq və bütövlükdə dövlət auditi orqanlarının gələcək inkişafına dəyərli töhfələr bəxş edəcəklər.

Bir daha sizə xoş arzularımı yetirir və Toplantının işinə uğurlar arzulayıram".

***

12:02

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.


XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər