Təbii qaz həftəyə ARTIMLA başladı

Sənaye və energetika

04.05.2026 10:31

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.

TodayPress TV xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.31% dəyər qazanaraq 2.8443 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 1.80% azalaraq 44.94 avroya bərabər olub.

TodayPress TV

tag: Qaz,Əmtəə,Birja,Bahalaşma,Todaypress.tv,