Hörmüz boğazında tanker minaya düşdü, alovlandı

Hörmüz boğazında tanker minaya düşdü, alovlandı
25.11.2026 19:34 Dünya

İran Hərbi Dəniz Qüvvələrinin bəyanatında Hörmüz boğazının şərqində tankerdə yanğın baş verdiyi bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Hərbi Dəniz Qüvvələri qeyd edib ki, “qayda pozan” tanker aşkar edildikdən sonra ona göndərilən xəbərdarlıqlara məhəl qoymayıb və gəminin naviqasiya sistemləri söndürülüb.

Bəyanatda bildirilib ki, tanker boğazın şərqindəki əraziyə çatdıqdan sonra dəniz minasına toxunub, yanğın baş verib və gəmi dayanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
25 NOYABR 2026
Bütün Xəbərlər