Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul etdi

Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul etdi
16.01.2026 12:44 Sənaye və energetika

Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib.

TodayPress TV nazirliyə istinadən xəbər verir ki, qurumda təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

TodayPress TV

FOTOLAR

Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul etdi — 1
Pərviz Şahbazov Bakı və Sumqayıtdan olan vətəndaşları qəbul etdi — 2
XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər