Ötən il qaz istehlakı 13 milyard kubmetri ötüb

Ötən il qaz istehlakı 13 milyard kubmetri ötüb
12.02.2026 15:50 Sənaye və energetika

Azərbaycanda 2025-ci ildə ölkə üzrə təbii qazın istehlakı 13 milyard 240 milyon 554 min 327 kubmetr təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, təbii qaz istehlakı 2024-cü ilin nəticələri ilə müqayisədə 3,1 % azdır.

"Ölkə daxilində təbii qaz sərfiyyatının azalmasına səbəb elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artmasıdır", - SOCAR bildirir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər