Avropada təbii qaz kəskin bahalaşdı

Sənaye və energetika

30.04.2026 10:39

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 570 ABŞ dollarını ötüb.

TodayPress TV xəbər verir ki, 29 aprel tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 574,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (527,7 dollar) ilə müqayisədə 8,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

TodayPress TV

tag: Avropa,Qaz,Əmtəə,Birja,Bahalaşma,Todaypress.tv,