"OpenAI" "Sora" layihəsindən imtina edir, "Disney" ilə saziş bağlanır
Maraqlı
25.03.2026 18:30
"OpenAI" şirkəti "Disney" ilə 1 milyard dollarlıq razılaşmanı yekunlaşdıraraq "Sora" layihəsindən imtina etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, qərar tərəflər arasında investisiya və lisenziyalaşdırma razılaşmasından yarım ildən az müddət sonra qəbul edilib.
Xatırladaq ki, ötən ilin dekabrında "Disney" "OpenAI"a 1 milyard dollar investisiya qoymağı planlaşdırırdı. Müqaviləyə əsasən, "Marvel", "Pixar" və "Star Wars" daxil olmaqla 200-dən çox obrazın Sora platformasında istifadə olunmasına icazə verilmişdi.
Layihə çərçivəsində "Mikki Maus", "Zoluşka", "Simba", "Mufasa", "Lilo" və "Stiç", "Dedpul", "Qrut", "Dəmir Adam" kimi məşhur personajların süni intellekt videolarında yer alması nəzərdə tutulurdu.
Bildirilib ki, "OpenAI" və "Disney" ilk videoları 2026-cı ilin əvvəlində təqdim etməyi planlaşdırırdı.
Lakin "Sora" tətbiqi aşağı tələb və iqtisadi çətinliklərlə üzləşib və nəticədə "OpenAI" bu istiqamətdən geri çəkilmək qərarı verib.
"Disney" tərəfi bu qərara hörmətlə yanaşdığını bildirib və gələcəkdə süni intellekt platformaları ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Qiymət Mahir
tag: OpenAI,Disney,Pixar,Marvel,TodayPress TV,
