Ermənistanın bu addımı ona baha başa gələ bilər
Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü dayandırması Rusiyadan ölkəyə pul köçürmələrinin həcmini 3,88 milyard dollardan 1,8 milyard dollara endirə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın birgə hesabatında bildirilib.
Sənədə əsasən, belə bir ssenari Ermənistanın idxal etdiyi qazın qiymətinin də artmasına səbəb ola bilər.
Belə ki, 1000 kubmetr qazın qiyməti 177,5 dollardan 300 dollara yüksələ bilər.
Jalə Rövşən