Zelenski ABŞ və Avropa ilə eyni masada: Görüşə kimlər qatılıb?

Zelenski ABŞ və Avropa ilə eyni masada: Görüşə kimlər qatılıb?
20.10.2026 18:26 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşü Osloda başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Gözlənildiyi kimi, görüşə daha sonra Avropa nümayəndələri – Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulacaqlar.

Ukrayna nümayəndə heyətinə, həmçinin Zelenskinin ofisinin rəhbəri Kirill Budanov, onun müavinləri Sergey Kislitsa və Pavel Palisa, eləcə də Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov daxildir.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər