Cırcıramaların insanlarla gözlənilməz oxşarlıqları var

Cırcıramaların  insanlarla gözlənilməz oxşarlıqları var
13.04.2026 18:30 Maraqlı

Alimlər cırcıramaların  qırmızı işığı, o cümlədən insanlar da daxil olmaqla məməlilərlə demək olar ki, eyni şəkildə qəbul etdiyini müəyyən ediblər. Bu, uzaq təkamül xəttinə malik növlərin eyni bioloji həll yoluna gəlib çıxmasını göstərən paralel təkamülün nadir nümunəsidir.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru"da məqalə dərc olunub. 

Qeyd edilib ki, insan görmə sistemi rəngləri ayırd etməyə imkan verən opsin zülallarına əsaslanır. İnsanlarda bu zülalların üç növü mövcuddur və onlar mavi, yaşıl və qırmızı işığa həssasdır. Məlum olub ki, cırcıramalarda insan gözünə görünən qırmızı spektrdən kənarda, təxminən 720 nanometr dalğa uzunluğuna reaksiya verən xüsusi bir opsin mövcuddur.

Alimlər ehtimal edirlər ki, bu qabiliyyət cırcıramalara cütləşmə prosesində kömək edir. Təhlillər göstərib ki, erkək və dişi fərdlər qırmızı və yaxın infraqırmızı işığı fərqli şəkildə əks etdirir. Bu isə həşəratlara uçuş zamanı bir-birini tez və dəqiq ayırd etməyə imkan verir. Ən diqqətçəkən məqam isə odur ki, bu opsinin işləmə mexanizmi məməlilərdəki mexanizmlə demək olar ki, eynidir.

Tədqiqatın ilk müəllifi Ryu Sato qeyd edib: “Cırcıramalarda qırmızı işığın qavranılması mexanizminin insanlar da daxil olmaqla məməlilərdəki mexanizmlə eyni olduğunu müəyyən etdik.”

Bu fakt göstərir ki, təkamül yüz milyonlarla il ərzində bir-birindən ayrı inkişaf etmiş orqanizmlərdə müstəqil şəkildə eyni həll yollarına gətirib çıxara bilər. Bundan əlavə, tədqiqatçılar zülal strukturunda onun həssaslığını müəyyən edən “əsas nöqtəni” də aşkar ediblər. Bu nöqtədə edilən dəyişikliklər vasitəsilə qavrama diapazonunu infraqırmızı şüalanmaya doğru genişləndirmək mümkün olub.

Yeni yaradılmış opsin variantı artıq yaxın infraqırmızı işığın təsiri ilə hüceyrələri aktivləşdirə bilir. Bu isə hüceyrələrin işıq vasitəsilə idarə olunmasına imkan verən optogenetika sahəsində yeni perspektivlər açır.

İnfraqırmızı şüalanmanın toxumalara daha dərindən nüfuz etməsi səbəbindən, bu zülallar hazırda öyrənilməsi çətin olan bədən bölgələrinin tədqiqində mühüm rol oynaya bilər.

Mitsumasa Koyanagi vurğulayıb: “Nəticələrimiz göstərir ki, bu opsin canlı orqanizmlərlə işləmək üçün perspektivli bir vasitə ola bilər.”

Müəlliflər qeyd edirlər ki, bu kəşf yalnız görmə qabiliyyətinin təkamülünü anlamaq baxımından deyil, həm də yeni biotibbi texnologiyaların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Bütün Xəbərlər