Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi AÇIQLANDI

İqtisadiyyat

25.03.2026 10:13

Bu ilin fevral ayında Bakı–Tbilisi–Ceyhan neft kəməri (BTC) vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəql olunub.

TodayPress TV xəbər verir ki, bu barədə BOTAŞ şirkəti məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında bu göstərici 16,047 milyon barel təşkil edib. Beləcə nəqlin həcmi təxminən 7,7% azalıb.

2026-cı ilin yanvar–fevral aylarında BTC vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 30,943 milyon barel neft nəql olunub.

Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel olub. Beləliklə, nəqlin həcmi 7,9% azalıb.

Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

tag: Bakı-Tbilisi-Ceyhan,Türkiyə ,BTC,BOTAŞ ,TodayPress TV,