Azərbaycandan İtaliyaya gübrə ixrac ediləcək
Azərbaycanın İtaliyaya məhsul ixracı potensialı genişdir. Bu istiqamətdə əsas imkanlardan biri İtaliya bazarında tələbatın yüksək olduğu gübrələrin tədarüküdür.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir Azərbaycanın gübrə istehsalı və tədarükü sahəsində üstünlüklərə malik olduğunu vurğulayıb. O, bu istiqamətdə yeni layihələrin nəzərdə tutulduğunu qeyd edib.
Qiymət Mahir