SEPAH-dan dünyaya təhdid - "Müharibə yalnız regionla məhdudlaşmayacaq"
Növbəti müharibə yalnız regional xarakter daşımayacaq, hərbi əməliyyatlar zərurət yaranan istənilən nöqtəyə yayıla bilər.
TodayPress TV xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi bəyan edib.
“İslam İnqilabının lideri Müctəba Xameneinin dediyi kimi, bu gün müharibə artıq yalnız regionda aparılmayacaq və zərurət yaranan istənilən nöqtədə hərbi əməliyyatların genişlənməsinin şahidi ola bilərik. Düşmənlər anlamalıdırlar ki, müharibə artıq mütləq regional xarakter daşımalı deyil”, – o vurğulayıb.
Vahidinin sözlərinə görə, vəziyyət tamamilə SEPAH-ın nəzarəti altındadır.
Aysel Mətləb